Yaponiyanın Azərbaycandakı səfiri Dövlət Komitəsində olub
Yaponiyanın Azərbaycandakı səfiri Dövlət Komitəsində olub
6 iyun, 2024
Yaponiyanın Azərbaycandakı səfiri Dövlət Komitəsində olub
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vatanebe Katsuya Diasporla İş üzrə Dövlət Komitəsində olub.
Yaponiyanın Azərbaycandakı səfiri Dövlət Komitəsində olub
📌 https://t.co/r3mSBZLpJB pic.twitter.com/G30cCYfw8g— Azerbaijani Diaspora (@DiasporaAz) June 6, 2024
Qonağı səmimi salamlayan Komitə sədri Fuad Muradov Komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları haqqında ətraflı məlumat verib. Komitənin təkcə xaricdə yaşayan azərbaycanlılarla deyil, eyni zamanda Azərbaycana dost münasibəti bəsləyən ölkələrlə də iş apardığını bildirən Sədr Yaponiyadakı Azərbaycan diasporunun fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin daha da genişlənməsində mühüm rol oynadığını qeyd edib. Komitənin dəstəyilə Yaponiyada gerçəkləşdirilən layihələr barədə fikirlərini bölüşüb.
Səfir Vatanebe Katsuya səmimi qəbula görə təşəkkür edib. Ötən ilin dekabrından Azərbaycanda fəaliyyətə başladığını söyləyən Səfir azərbaycanlıların Yaponiyaya olan sevgisinin onda xoş təəssürat yaratdığını deyib. O, bundan sonrakı fəaliyyətində Komitə ilə əməkdaşlığa hər zaman hazır olduğunu bildirib.
FOTO QALEREYA
Yaponiyanın Azərbaycandakı səfiri Dövlət Komitəsində olub
📌 https://t.co/r3mSBZLpJB pic.twitter.com/G30cCYfw8g— Azerbaijani Diaspora (@DiasporaAz) June 6, 2024
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/yaponiyanin-azerbaycandaki-sefiri-dovlet-komitesinde-olub-4818