Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Kazan şəhərində Azərbaycanın Müstəqillik Günü təmtəraqla qeyd edilib

Kazan şəhərində Azərbaycanın Müstəqillik Günü təmtəraqla qeyd edilib
REKLAM ALANI
05.06.2023
A+
A-

 

 

 

Kazan şəhərində Azərbaycanın Müstəqillik Günü təmtəraqla qeyd edilib
, 2023
Kazan şəhərində Azərbaycanın Müstəqillik Günü təmtəraqla qeyd edilib

 

 

Rusiya Federasiyası Tatarıstan Respublikasının (TR) Kazan şəhərində 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş təntənəli bayram konserti keçirilib.

“Çulpan” Mədəniyyət Mərkəzində baş tutan tədbir “TR Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı tərəfindən təşkil olunub.

Tədbirdə TR Dövlət Şurasının deputatı, Təhsil, Mədəniyyət, Elm və Milli Məsələlər üzrə Komitəsinin sədr müavini Lyudmila Rıbakova, Türkiyənin Kazandakı Baş konsulu İsmət Erikan, Tatarıstan Xalqları Assambleyasının Gənclər Şurasının sədri, İctimai Palatanın üzvü Timur Kadırov, yerli ictimaiyyətin, müxtəlif millətlərin nümayəndələri, KİV təmsilçiləri və soydaşlarımız iştirak ediblər.

Tədbir Azərbaycan və Rusiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan “TR Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəhram Mustafayev bayram münasibətilə soydaşlarımızı təbrik edib. Ölkəmizlə bağlı tədbirə maraq göstərən bütün tamaşaçılara və Tatarıstanın ictimai-siyasi, sosial-iqtisadii, humanitar sahələrinə, mədəni müxtəlifliyinə töhfələr verən azərbaycanlılara yaradılmış şəraitə görə respublika rəhbərliyinə təşəkkürünü bildirib. Tarixi vətənlərindən uzaqda olan azərbaycanlıların öz adət-ənənələrinə, köklərinə bağlı olduqlarını bir daha vurğulayıb.

Təbdriklərə qoşulan TR mədəniyyət nazirinin müavini Dəmir Natfullin və Tatarıstan Xalqları Assambleyası Şurasının sədr müavini, Xalqların Dostluq Evinin direktoru İrek Şaripov xalqımızın ünvanına xoş arzulrını bildiriblər.

 

 

 

 

Konsert proqramında çıxış edən müxtəlif yaradıcılıq kollektivlərinin və sənətçilərin ifasında milli mahnılar və rəqslər təqdim olunub. Konsertin gedişində xalqımızın ümummilli lideri Heydər Əliyevin vaxtilə ifa etdiyi “Ala gözlüm” mahnısının səsləndirilməsi tamaşaçıları duyğulandırıb.

Tədbir çərçivəsində xalqımızın tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirən sərgi təşkil olunub.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/kazan-seherinde-azerbaycanin-musteqillik-gunu-temteraqla-qeyd-edilib-3042

 

 

REKLAM ALANI