Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Nağı bəy Şeyxzamanlının nəvəsi Prezident İlham Əliyevə dəstəyini ifadə edib

Nağı bəy Şeyxzamanlının nəvəsi Prezident İlham Əliyevə dəstəyini ifadə edib
REKLAM ALANI
10.01.2024
A+
A-

 

 

Nağı bəy Şeyxzamanlının nəvəsi Prezident İlham Əliyevə dəstəyini ifadə edib
, 2024

 

 

Nağı bəy Şeyxzamanlının nəvəsi Prezident İlham Əliyevə dəstəyini ifadə edib
ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Cəmiyyətinin (ASA) rəhbəri Tomris Azeri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini dəstəklədiyini bəyan edib.

 

 

 

Azərbaycan Xalq Cümhuriyyətinin ilk təhlükəsizlik orqanına rəhbərlik etmiş Nağı bəy Şeyxzamanlının nəvəsinin dövlət başçımıza ünvanladığı müraciətdə soydaşlarımızın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən tarixi vətəni ilə qürur duyduğu diqqətə çatdırılıb və xoş arzular ifadə edilib: “Babam Nağı bəy Şeyxzamanlı Azərbaycan və onun gözləri önündə dəyişən ölkə ilə bağlı xatirələrindən ağızdolusu danışırdı. O, həmişə bizə deyirdi ki, biz Azərbaycana məxsusuq, harada yaşamağımızdan asılı olmayaraq, hər zaman Azərbaycana dəstək olmalıyıq. Bu güclü mənsubiyyət hissi bizi həmişə Azərbaycanın yenidən müstəqil olacağına inandırırdı. 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsini eşidəndə qürur hissimizin həddi-hüdudu yox idi, amma xoşbəxtliyimiz qısa sürdü. Müstəqilliyini elan edəndən az sonra Azərbaycan Qarabağ uğrunda müharibə şəraitinə düşdü və bu da torpaqların növbəti 30 il ərzində işğalı ilə nəticələndi”.

ASA rəhbəri xatırladıb ki, Qarabağın işğaldan azad olunması dövlət başçımızın əsas prioriteti olub və soydaşlarımız Prezident İlham Əliyevin fəaliyyətini hər zaman yüksək qiymətləndirirlər: “Təbii ki, 44 günlük hərbi əməliyyatların nəticəsi, işğal olunmuş torpaqlarımızın azad edilməsi bizə ifadəsi mümkün olmayan sevinc və qürur hissi bəxş etdi. Bu böyük günü görəcəyimizi düşünmürdük. Torpaqlarımızı işğaldan azad etmək əzmi hər zaman Prezident İlham Əliyevin əsas prioriteti olub. Biz bunu həmişə bilmişik və yüksək qiymətləndirmişik”.

 

 

 

O, qeyd edib ki, Azərbaycan bu qələbəyə nail olmaq üçün bir çox maneələri dəf edib, daxildə və xaricdə Azərbaycan vətəndaşlarının ümidlərini doğruldub: “Mən Azərbaycan əsilli amerikalı kimi fəxr edirəm və harada olmağımdan asılı olmayaraq Azərbaycanı ürəyimdə daşıyıram. Mən hər zaman Azərbaycanı dəstəkləyəcəm”.

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/nagi-bey-seyxzamanlinin-nevesi-prezident-ilham-eliyeve-desteyini-ifade-edib-4058

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.