Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Rusiyanın Sverdlovsk vilayətindəki diasporumuz Türkiyəyə humanitar yardım kampaniyasını davam etdirir

Rusiyanın Sverdlovsk vilayətindəki diasporumuz Türkiyəyə humanitar yardım kampaniyasını davam etdirir
REKLAM ALANI
16.02.2023
A+
A-

 

 

 

 

Rusiyanın Sverdlovsk vilayətindəki diasporumuz Türkiyəyə humanitar yardım kampaniyasını davam etdirir
, 2023
Rusiyanın Sverdlovsk vilayətindəki diasporumuz Türkiyəyə humanitar yardım kampaniyasını davam etdirir
Rusiyanın Sverdlovsk vilayətində və Yekaterinburq şəhərində fəaliyyət göstərən Azərbaycan icması Türkiyənin zəlzələ bölgəsinə göstərilən humanitar yardım kampaniyasını davam etdirir.

“Ural-Azərbaycan” Sverdlovsk vilayəti Milli-Mədəni Regional Təşkilatının sədri Şahin Şıxlinskinin rəhbərliyi ilə yaradılmış operativ qərargahda zəlzələdən zərərçəkmişlər üçün 642 min manat (28 milyon rubl) dəyərində humanitar yardım toplanıb. Yardıma isti yataq dəstləri, çarpayı, geyim, ərzaq, tibbi ləvazimatlar və sair əşyalar daxildir.

Bundan başqa, “Ural-Azərbaycan” Sverdlovsk vilayəti Milli-Mədəni Regional Təşkilatı Kurqan və Tümen vilayətlərinin Azərbaycan icması ilə birlikdə qardaş ölkənin zəlzələ bölgəsinə 86 400 manat məbləqində humanitar yardım (72 ədəd biotualet) göndərib

Sverdlovsk vilayətində yaşayan soydaşlarımızın köməyi ilə toplanan yardım Türkiyənin zəlzələ bölgəsinə yola salınıb.

Qeyd edək ki, zəlzələnin ilk günlərində “Ural-Azərbaycan” Sverdlovsk vilayəti Milli-Mədəni Regional Təşkilatının 81 min manat məbləğində topladığı humanitar yardım (1500 yorğan, 1020 döşək, 4 min corab, 4 min əlcək, 8200 uşaq bezi, 1000 isti paltar) Türkiyənin Kazan şəhərindəki Baş konsulluğuna təhvil verilib.

Humanitar yardımın yola salınması mərasimində çıxış edən Azərbaycanın Yekaterinburq şəhərində baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, “Azərbaycan-Ural” Milli mədəni təşkilatının sədri Şahin Şıxlinski və Tümen vilayətindəki diaspor təşkilatının sədr müavini Tanrıverdi Tanrıverdiyev azərbaycanlıların türk xalqının acılarına şərik olduqlarını vurğulayıb, əməyi keçən hər kəsə öz təşəkkürlərini bildiriblər.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/rusiyanin-sverdlovsk-vilayetindeki-diasporumuz-turkiyeye-humanitar-yardim-kampaniyasini-davam-etdirir-2392

 

 

REKLAM ALANI