Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Tbilisinin Botanika bağında Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

Tbilisinin Botanika bağında Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
REKLAM ALANI

 

Tbilisinin Botanika bağında Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
, 2023
Tbilisinin Botanika bağında Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
“Heydər Əliyev İli” çərçivəsində Tbilisidəki Botanika bağında, Azərbaycanlılar Panteonunun yaxınlığında ağacəkmə aksiyası keçirilib.

“Alyans” Gənclər Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan aksiyada Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Adil Əliyev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, diplomatlarımız, yerli ictimaiyyətin nümayəndələri, müəllim-tələbə heyəti və valideynlər iştirak ediblər.

Aksiya iştirakçılarına müraciət edən Adil Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, onun vətənimiz qarşısındakı misilsiz və əvəzsiz xidmətlərinə diqqəti cəlb edib. Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafının da məhz dahi şəxsiyyətin adı ilə bağlı olduğu, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanın mövqeyinin dünyada daha da möhkəmlənməsinə, torpaqlarımızın işğaldan azad edilməsinə nail olduğu, bu gün Gürcüstanda Azərbaycana böyük hörmətlə yanaşıldığı, burada yaşayan soydaşlarımızın ölkəmizlə qürur duyduğu vurğulanıb. Vitse-spiker “Alyans” Gənclər Mərkəzinin ağacəkmə aksiyası təşkil etməsini yüksək qiymətləndirib.

Mərkəzin adından sədr Leyla Əmrahova və icraçı direktor Rəna Hüseynova çıxış ediblər. Bu aksiyanın Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edildiyi, Botanika bağı ilə əməkdaşlığın və ağacəkmə aksiyalarının davam edəcəyi bildirilib.

Panteonda palıd ağacları əkildikdən sonra qonaqlar və aksiya iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Azərbaycan şairi Mirzə Şəfi Vazeh və Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin məzarlarını ziyarət ediblər.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/tbilisinin-botanika-baginda-heyder-eliyevin-100-illiyi-munasibetile-agacekme-aksiyasi-kecirilib-2857

REKLAM ALANI